“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir".
“İki sahil” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov deyib.
"Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”, - deyə general-mayor əlavə edib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib