Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib: Xeyli düşmən qüvvəsi məhv edilib
Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib