Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib.
“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ən yaxşı adını qazanmaq üçün yarışa cəlb edilən ştatdankənar kimya manqalarının şəxsi heyətinə təhlükəsizlik qaydaları çatdırılıb.
Dünyanın qabaqcıl istehsalçılarının və ölkəmizin milli müdafiə sənayesinin istehsalı olan yüngül mühafizə vasitələri nümayiş etdirilib.
Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının yoxlanılması məqsədilə keçirilib. Yarışda kütləvi qırğın silahlarından mühafizə üzrə normativlər yerinə yetirilib və nəzəri biliklərdən məqbullar götürülüb. Sonda qaliblər mükafatlandırılıb.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib