“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən bildirir ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə, bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.
Toplantının 3-cü günündə hərbi hissələrin komandirlərinin və digər vəzifəli şəxslərinin cəlb edilməsi ilə “Müdafiənin təşkilində mövcud problemlər və onların aradan qaldırılması” mövzusunda konfrans keçirilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib