"Teatrların fəaliyyəti barədə biz Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparmışıq".
“İki sahil” APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
O bildirib ki, yeni teatr mövsümündə teatrların ənənəvi qaydada fəaliyyəti ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir: "Qərarlar hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda, ölkəmizdəki pandemiya dinamikası da diqqətdə saxlanılır. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?