Bərdə Regional Mədəniyyət İdarəsinin 20 iyul 2020-ci il tarixindən elan etdiyi “Könüllülər ili”nə həsr olunmuş “Oxuyuram” Uşaq və yeniyetmələr arasında kitab oxuma müsabiqəsi sona çatıb.
“İki sahil” xəbər verir ki, uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə təşkil edilən müsabiqədə respublika üzrə ümumilikdə 86 uşaq iştirak edib. Onlardan səkkiz nəfəri final mərhələsinə keçid şansı əldə edib. Zoom tətbiqi vasitəsilə onlayn formatda baş tutan final mərhələsində münsiflər heyyətinin qərarına əsasən Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin 7-ci sinif şagirdi Əkbərov Qorxmaz 1-ci, Bakı şəhər Eldar Məmmədov adına 21 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Qasımov İbrahim 2-ci, Bərdə rayon Qaradırnaq kənd tam orta məktəbin 8-ci sinif şagirdi Elmidarlı Leyla isə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, qalib gəlmiş iştirakçılar müxtəlif qiymətli hədiyyə və diplomla mükafatlandırılacaqdır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?