17 sentyabr 2020 10:59
1696

Azərbaycan Milli Xalça Muzeyi təltif edildi

Muzey növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Azərbaycan Milli Xalça Muzeyi dördüncü dəfə “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına layiq görülüb.

“İki sahil” xəbər verir ki, bütün dünya üçün mövcud çətin dövrdə də muzeyin peşəkar fəaliyyətini yüksək səviyyədə davam etdirməsi tamaşaçılar, izləyicilər tərəfindən layiqincə dəyərləndirilib və obyektiv qiymətini alıb.

Qeyd edək ki, dünyanın məşhur turizm saytı Tripadvisor-ın 2010-cu ildə təsis olunan bu sertifikatına əsasən yüksək səviyyədə xidmət göstərən məkanlar, turizm müəssisələri layiq görülür. Qalib  milyonlarla insanın, turistlərin saytda il ərzində qeyd etdiyi rəylər əsasında müəyyənləşir. 

“Tripadvisor Travellers’ Choise” sertifikatını beş dəfə alan müəssisələrin saytın “Şöhrət zalı” fəxri siyahısına daxil olduğunu nəzərə alsaq, Azərbaycan Milli Xalça Muzeyi bu uğurun da bir addımlığındadır.