9-10 sentyabrda dünyanın nüfuzlu musiqi təşkilatlarından olan Pekinin İfaçılıq Sənətləri Milli Mərkəzinin (NCPA – Beijing National Centre for Performing Arts) təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Forumu keçirilmişdir.
“İki sahil” xəbər verir ki, Forumda dünyanın 40 ölkəsindən 120 mədəniyyət xadimi – dünyanın tanınmış opera teatrlarının direktorları (Royal Opera House Covent Garden, Metropolitan Opera, Algiers Opera House, Staatsoper Unter den Linden (Germany), The Israeli Opera, Teatro Carlo Felice , Teatro dell’Opera di Roma, Teatro Regio di Parma, New National Theatre Tokyo, Dutch National Opera, Royal Opera House Muscat, Opera Siam/Thailand ), nüfuzlu musiqi festivallarının bədii rəhbərləri, simfonik orkestrlərin (Chicago Symphony Orchestra, Philadelphia Symphony Orchestra, Royal Philharmonic Orchestra) prezidentləri və müxtəlif kontinentlərdə yerləşən məşhur konsert salonlarının (Barbican Centre, Carnegie Hall, John F.Kennedy Centre) musiqi rəhbərləri iştirak etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Çindəki səfirliyi foruma təşkilati dəstək vermişdir. Forumu Pekin şəhərinin meri Çen Jininq açaraq onun iştirakçılarını salamlamış, bundan sonra isə Çin Xalq Respublikasının Mədəniyyət Naziri Janq Su, Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin prezidenti Vanq Ninq və vitse-prezidenti Ju Yanq forum iştirakçılarına müraciət edərək onlara uğurlar diləmişlər. Bundan sonra isə forumun rəsmi gündəliyinə əsasən 11 nəfərin çıxışı dinlənilmişdir – Peter Gelb ( Nyu Yorkun Metropoliten Opera Teatrının direktoru), Aleks Bird (Londonun Kovent-Qarden Opera Teatrının direktoru), Valdemar Dabrovski (Varşava Milli Opera teatrının direktoru), Əyyub Quliyev (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru), Mariya Viktoriya Alkaraz ( Buenos Ayresin “Kolon” Opera Teatrının direktoru), Maqdi Saber ( Qahirə Opera teatrınn direktoru), Mixael Xelfliger (İsveçrənin Lutsern Beynəlxalq Festivalının Prezidenti), Matias Tarnopolski (ABŞ-nın Filadelfiya simfonik orkestrinin Prezidenti), Marçelo Lopes (Braziliyanın San Paolo simfonik orkestrinin icraçı direktoru), Duqlas Qoltyer (Avstraliyanın “Adelaida Festival Mərkəzinin” bədii rəhbəri) və Yu İn Taek (Seul Mədəniyyət Mərkəzinin Prezidenti). Forumun moderatorları – İqnasio Qarsia Layta (Madridin Opera Teatrının direktoru) və Georq Virtaler (Almaniyanın Opera Teatrları Assosiasiyasının baş direktoru) olmuşdur. Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev çıxışında teatrın ölkə və regionda musiqi mədəniyyətinin inkişafındakı rolundan bəhs edərək son illərdə reallaşdırılmış tamaşalar barədə geniş məlumat vermişdir. Eyni zamanda, Əyyub Quliyev Azərbaycan Dövlət Opera Teatrının 2020-ci ildə qeyd edilməyi planlaşdırılan 100-lik yubileyi barədə forum iştirakçılarını məlumatlandırmışdır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?