Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi Krallıqda ilk “Qara Qızıl” Muzeyinin açılacağını bəyan edib. Bu barədə nazirlikdən rəsmi SPA agentliyinə məlumat verilib.
Qeyd olunub ki, paytaxt Ər-Riyadda açılacaq muzeydə dünyanın müxtəlif ölkələrindən olan rəssamların neftlə bağlı əsərləri sərgilənəcək. Krallığın iqtisadi inkişafında mühüm rol oynayan bu orijinal muzeydə dünyada “qara qızıl”ın sənaye miqyasında hasilatına başlanması, yeni innovativ üsulları əks etdirən eksponatlar nümayiş etdiriləcək. Artıq rəssamların sözügedən mövzuya həsr olunmuş 200-dən çox tablosu sifariş verilib. Bundan başqa, muzeydə hər il sərgilər və seminarlar da keçiriləcək.
Mədəniyyət Nazirliyinin Kral Abdulla Neft Tədqiqatları və Araşdırmaları Mərkəzi ilə birgə yaradacağı muzeyin açılışı 2022-ci ildə nəzərdə tutulub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?