Moskva vilayətində MDB, Kollektiv Təhlükəsizllik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin müdafiə nazirlərinin birgə iclası keçirilib.
Trend-in məlumatına görə, iclas zamanı nazirlər terrorçuluqla mübarizədə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə edib.
Razılaşmaya əsasən, sentyabrın sonunda “Qafqaz-2020” strateji komanda-qərargah manevrləri çərçivəsində terrorçuluğa qarşı ilk birgə hərbi təlimin keçirilməsi planlaşdırılır.
Bundan başqa, nazirlər bioloji təhlükə təhdidinə çevik reaksiya potensialınını yaradılması və qarşılıqlı yardımın göstərilməsi üzrə tədbirləri müzakirə edib.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, iclasın yekununda nazirlər Böyük Vətən müharibəsi və İkinci dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı birgə bəyanat imzalayıb.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib