Azərbaycanın Müdafiə naziri, general polkovnik Zakir Həsənov Rusiya paytaxtına səfərə gəlib.
Səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir.
Sentyabrın 5-də isə Azərbaycan Müdafiə naziri "Tank biatlonu" Ordu Idman oyunlarının final mərhələsini izləyəcək.
Qeyd edək ki, MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclası Moskva vilayətinin Kubinka rayonunda yerləşən "Park Patriot" mərkəzində baş tutacaq. Eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə nazirləri Şurasının iclası keçiriləcək. //APA
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib