03 sentyabr 2020 23:00
2318

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran  bölməsinin yeni sədri

Bu gün  İmzası   oxuculara janrda povestlər müəllifiı  kimi  tanınan  AYB üzvü, yazıçı  Qafar Cəfərli   Azərbaycan  Yazıçılar Birliyinin  Lənkəran bölməsinin sədri vəzifəsinə təyin olmuşdur.  Yeni sədrin  bölgə yazarlarına təqdimat  mərasimində   AJB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı-dramaturq Hüseynbala Mirələmov, şair-publisist Ağacəfər Həsənli və Lənkəran Şəhər İcra hakimiyyətinin  birinci müavini Möhübbət Babayev  iştirak etmişlər. Təqdimat mərasimində  çıxış edənlər bildirmişlər ki,  Lənkəran  ədəbi mühitinin  əvvəlki  fəaliyyətini  bərpa etmək  və  bölgə yazarlarını  bölmə ətrafında birləşdirmək üçün  yeni sədrin qarşısında mühüm  vəzifələr durur. Qeyd  edildi ki, Lənkəranın şair və yazıçıları  öz yaradıcılığında  həmişə doğma Azərbaycanı  sevə-sevə tərənnüm etmişlər.

Bölməyə təyin olunan yeni sədr Qafar Cəfərli bildirmişdir ki, bölmədə təmsil  olunan  qələm adamlarının ədəbiyyatımızın inkişafına yeni  töhfələr verilməsində  əlindən gələni əsirgəməyəcək.

Xatırladaq  ki,  Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinə uzun müddət  sədrlik edən tanınmış şair İltifat Saleh ötən ilin sentyabrında 84 yaşında dünyasını dəyişmişdir.

“İki sahil”