02 sentyabr 2020 22:30
2303

Hamoşam corabların sorağı uzaqlardan gəlir

 Astara rayonunun Hamoşam  kəndində xalqımızın əski adət-ənənə sənətkarlığa indinin özündə də sonsuz məhəbbət yaşanır.  Kəndin  bir qrup evdar qadını  uzun illərdir yun corablar, əlcəklər toxuyurlar. Onlar bu işlə maddi durumunu təmin etməklə yanaşı asudə vaxtlarını da səmərəli keçirilirlər. 

 Əski adətlərə dəyər verən tarixçi Ağarəhim müəllim 2017-ci ildə  əslən ABŞ-in  Minnesota  Ştatından olan, respublikamızda  “Azərbaycan  corabları”  şirkətini  təsis  edən   xanım Teresa Hamlin  ilə   Bakı  şəhərində görüşür, onu Hamoşama dəvət  edir.   Kənddə corab  toxumaqla   məşğul olan  qadınlarla görüşdürür. Həmin vaxtdan  amerikalı  xanım  Hamoşam  kəndindəki toxucu qadınlarla  əməkdaşlıq əlaqələri qurmaqla ildə  dörd dəfə  onlar üçün öz ölkəsindən keyfiyyətli  saplar gətirir və  milli naxışlı əl işlərinin  haqqını yüksək qiymətlə ödəyir. Həcinin qadınların  toxuduğu corablarının Avropada, Amerikada  onlayn  satışını   təşkil edir.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü