Tovuz rayonu Vahidli kəndində yerləşən “Qala düzü” abidəsinə müdaxilənin qarşısı alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülmüş abidənin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat daxil olub.
Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub.
Hazırda aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub. //AZƏRTAC
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?