Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə son günlər həmkarı Elnur Hüseynovla fotosessiyası ilə müzakirələrə səbəb olub.
"Dəniz ver" adlı mahnını duet şəklində ifa edən sənətçilər səmimi fotoları ilə gündəmə gəliblər. Sosial şəbəkədə Elnurla İlqarənin sevgili olduğu iddia edilib.
Məsələyə münasibət bildirən İlqarə sevgili olduqları xəbərini yalanlayıb:
"Dəiz ver" adlı mahnımıza göstərmiş olduğunuz diqqətə görə bütün media nümayəndələrinə və xoş rəylərinizlə bizi ruhlandırdığınız üçün siz hörmətli izləyicilərimizə dərin təşəkkürümüzü bildirmək istəyirəm. O ki qaldı Elnurla mənim aramda sevgi münasibəti olması haqda deyilənlərə... Biz sadəcə, dostuq. Hələ ki...".
Axşam.az
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunub - FOTO
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunub - FOTO
Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib