"Dəniz kuboku" yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir.
Trend-in məlumatına görə, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandanının müavini vitse-admiral Vladimir Kasatonov deyib.
Onun sözlərinə görə, dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib: "Dəniz kuboku" yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir. Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq".
V. Kasatonov vurğulayıb ki, yarışların şərtləri ildən-ilə inkişaf edir: "Hesab edir ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək".
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib