Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasındakı razılaşmaya əsasən artıq 4 ildir ki, "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə bu gün keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.
O bildirib ki, İran və Qazaxıstan bu yarışa qatılmasa da, Azərbaycan və Rusiya dəniz qüvvələri pandemiya olmasına baxmayaraq, müsabiqənin keçirilməsinə qərar verib: "Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarş artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir.
Müsabiqədə Rusiyanın "Mahaçqala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə G-122 gözətçi gəmisi olmaqla ümumilikdə 2 gəmi iştirak edəcək. Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib