22 avqust 2020 16:53
2133

Vəzifəsindən asılı olmayaraq hamı qanuna əməl etməlidir

Azərbaycan Respublikasının qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyil. İstər nazir olsun, istərsə alim, dəxili yoxdur. Vəzifəsindən asılı olmayaraq karantin rejiminin tələblərini pozanlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidirlər. Qanundan kənar çıxanlar isə kimliyindən aslı olmayaraq, həm hüququ, həm də mənəvi məsuliyyət daşıyırlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

Onun sözlərinə görə, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza, mövcud karantin rejiminin tələblərinə hörmətsiz yanaşa bilməz. “Bu səbəbdən də hər bir şəxs karantin rejiminin davam etdiyi dövrdə mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini əsas götürməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq”,- deyə Məhərrəm Qasımlı vurğulayıb.