“Nəqşicahan” Holdinq Şirkətlər Qrupu tərəfindən sərhədçilərə bayram sovqatı verilib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 28-ci ildönümü ilə əlaqədar olaraq “Nəqşicahan” Holdinq Şirkətlər Qrupu tərəfindən sərhədçilərə bayram sovqatı verilib.
AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərhədçilərlə görüşdə “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun nümayəndəsi Rifat Mahmudov çıxış edərək Holdinqin rəhbəri adından sərhədçilərə müqəddəs və şərəfli vəzifələrində uğurlar arzulayıb, onları təbrik edib.
Diviziyanın zabiti, polkovnik-leytenant Anar Nəsirli və əsgər Vüqar Suvarov ordu-xalq birliyindən danışıb, dövlətimizə minnətdarlıq ediblər.
Sonda gətirilmiş 9 tona yaxın bostan məhsulları Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının anbarlarına təhvil verilib.
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib