Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.
Videokonfransda iştirakçı dövlətlərin nümayəndələrinə müsabiqəyə hazırlıq haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etməyəcək.
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin cari ilin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib