21 iyul 2020 14:09
1802

Cazibədar model məşhur brendin siması seçildi - FOTO

34 yaşlı super model İrina Şeyk “Burberry” brendinin payız kolleksiyasını təqdim edib.

"İki sahil" xəbər verir ki, rusiyalı model mövsüm öncəsi kolleksiyanın çəkilişləri zamanı bir sıra fotolarını “Instagram” hesabında paylaşıb.

Markanın yaradıcı direktoru Rikkardo Tişi “Burberry”in arxivini öyrənməyə və Britaniya moda evi tərzinin tanınan elementlərini yenidən nəzərdən keçirməyə davam edib. Bu dəfə dizayner ikiillik mövzusuna işarə vurub.

İ.Şeyk fotoqrafın kamerasına cazibədar pozlar verib.