20 iyul 2020 16:23
5990

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib

Nazir vəzifəsinin icrası ona həvalə olunub

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini A. Kərimova verilib. Digər sərəncamla  Anar Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.