İspaniyalı məşhur yazıçı Xuan Marse ömrünün 88-ci ilində Barselonada vəfat edib.
Bu barədə “Carmen Balcells” agentliyi məlumat yayıb.
Xuan Marse 1933 ildə dünyaya göz açıb. O, “50-ci illər nəslinin nümayəndəsi” – İspaniyada vətəndaş müharibəsindən sonra şöhrət qazanan ədəbiyyatçılardan sayılırdı. O, “Bir oyuncaqla bağlı qalmış” (Encerrados con un solo juguete, 1960), “Teresa ilə son axşamlar” (Ultimas tardes con Teresa, 1966), “Montsenin qaranlıq tarixçəsi” (La oscura historia de la prima Montse, 1970), “Lolita klubundakı sevgi nəğmələri” (Canciones de amor en Lolita’s Club, 2005) romanların müəllifidir.
Xuan Marsenin bir neçə əsərləri ekranlaşdırılıb. O, eyni zamanda milli və beynəlxalq mükafatlar da qazanıb. 2008-ci ildə Marse İspaniyanın nüfuzlu Miguel de Servantes mükafatına layiq görülüb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?