Müğənni Nura Suri tikinti şirkətlərinin birində işə düzəlib.
Bu haqda o, sosial şəbəkə səhifəsində məlumat verib. Son iki aydır özünə başqa sahədə iş axtardığını deyən Nura əlavə edib: "İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və tikinti şirkətlərinin birində rəsmi işə başladım. Müğənniliklə yanaşı, başqa bir işimizin olması da vacibdir.
Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim.
Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələ ki bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər. Allah köməyimiz olsun!". //Publika.az
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?