Dünyanın ən iri muzeylərindən biri, Parisin Luvr muzeyi dörd aylıq fasilədən sonra açılıb.
Muzey mart ayında koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.
Yeni qaydalara əsasən, muzeyin zallarının 70 faizi qonaqlara açılacaq. Muzeyə gələn şəxslər bütün sanitar normalara əməl etməlidir. Bununla yanaşı, muzeyə gəlmək üçün əvvəlcədən ziyarət vaxtını müəyyənləşdirmək lazımdır.
Muzey rəhbərliyi karantindən sonra turistlərin sayının kəskin azalacağını gözləyir. 2019-cu ildə Luvru 9,6 milyon nəfər ziyarət etmişdi. //Trend
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?