4 ildir birlikdə olan aktyor Burak Hakkı ilə yunan sevgilisi Hara Pappa ayrılıb.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər kəs cütlüyün evlənəcəyini gözlədiyi halda onların belə bir addım atması pərəstişkarlarını təəccübləndirib.
Karantin günlərində bir-brindən ayrı qalan cütlük ayrılmaq qərarı verib. Xəbərlərin doğru olduğunu deyən Hakkı xəyanətlə bağlı suallara əsəbiləşib. Hakkı "Aldatmadım. Ayrılmağa birlikdə qərar verdik. Pandemiya ərəfəsində aramıza məsafələr girdi. Evlənmək istəyirdik. Amma oturub danışdıq, alınmadığını gördük" deyə söyləyib.
Aktyor bildirib ki, sevgilisi toydan sonra onun Yunanıstana köçməsini istəyib: "Mənim ora, onun Türkiyəyə gəlməsi mümkünsüzdür."
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?