Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində (KİV) məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan ordusu 102 yaşını qeyd edir” başlıqlı məqalədə silahlı qüvvələrimizin yaranma tarixi və müasir vəziyyəti barədə türkdilli oxucular məlumatlandırılır. Diqqətə çatdırılır ki, müasir Azərbaycanın silahlı qüvvələri müstəqilliyimizin bərpasından sonra geniş inkişaf yolu keçib. Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən təsis edilən ordumuzun tarixi missiyası və sonrakı dövrlərdə baş verənlərdən bəhs olunur. Bildirilir ki, müstəqilliyimizin bərpasından sonra Türkiyə ilə hərbi sahədə çoxsaylı anlaşmalar imzalanıb. Ordu arsenalımızın genişlənməsində qardaş ölkədə istehsal olunan hərbi məhsullara geniş yer verilib.
Məqalə ilə “yeniakit”, ”yeniakit”, “yenicag” və digər saytlarda tanış olmaq mümkündür.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb