Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 26 İyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn formada tədbir keçirilib. Tədbirdə universitetin II tədris ili tələbəsi Rəhilə Yusifova, III tədris ili tələbələri Elmira İsayeva və Sultan İbrahimli, TGT-nin İdarə Heyətinin üzvləri və fəalları iştirak ediblər.
BSU-nun Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, Sultan İbrahimli tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun regionun ən qüdrətli ordusuna çevrildiyini bildirib.
Sonra Rəhilə Yusifova çıxış edərək ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, 26 İyun tarixinin Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildiyini vurğulayıb və ölkəmizdə güclü, qüdrətli, yüksək döyüş hazırlığına malik ordunun yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu qeyd edib.
Daha sonra Elmira İsayeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ali diqqət və qayğısı sayəsində son illər ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyini, maddi-texniki bazasının möhkəmləndiyini və hər an düşmənə layiqli cavab vermək əzmində olduğunu bildirib.
Sonda isə TGT tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir tələbə-gənclərin ruh yüksəkliyini ifadə edən çıxışları ilə başa çatıb.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb