Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov “N” nömrəli hərbi hissəsinin yeni inşa edilmiş infrastrukturunun açılışında iştirak edib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Müdafiə nazirinin müavini hərbi hissədə yeni inşa edilmiş yeməkxana, qarovul şəhərciyi və qarovul evi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeni tikilmiş yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var. Məlumat verilib ki, hərbi hissədə şəxsi heyətin peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb.
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib