Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər. “İki sahil” xəbər verir ki, Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Vətənin bacarıqlı müdafiəçisi olmaq üçün hər bir əsgər hərbi andın tələblərini şüurlu şəkildə yerinə yetirməli, intizamlı, vicdanlı və cəsarətli olmalı, ona həvalə edilmiş silah və texnikanı dərindən öyrənməli, Vətən qarşısında öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu ləyaqətlə yerinə yetirməlidir. Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb