Reytinqləri alt-üst edən, Azərbaycan ifaçılarının da tez-tez qatıldığı "O səs Türkiyə" mahnı müsabiqəsinin münsiflər heyətində dəyişiklik olub.
"İki sahil" xəbər verir ki, vokal müsabiqəsinin təkrarolunmaz münsifləri Hadisə ilə Murat Boz Acun Ilıcalının “münsiflər dəyişəcək” açıqlamasından sonra sosial media hesablarında paylaşımları ilə “O səs Türkiyə”dən uzaqlaşmalarına işarə vurublar.
Onlar “O səs Türkiyə”də çəkilmiş şəkillərini paylaşaraq, sanki ayrılıq mesajını veriblər. Məsələ ilə bağlı sosial media əhli hər iki sənətçiyə və müsabiqənin rəhbəri A.İlıcalıya suallar ünvanlasalar da, bununla bağlı hələ bir açıqlama verilməyib.
“O səs Türkiyə”nin digər münsifləri - Beyazit Öztürklə Seda Sayanın müsabiqədə qalıb-qalmayacağına dair də açıqlama verilməyib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?