1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə onlayn şəkildə asfalt üzərində “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqə sosial könüllülərin iştirakı ilə ilk dəfə olaraq video-formatda keçirilib və turizm əhəmiyyətli məkanları əhatə edib.
İştirakçılar Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu və Mömünə xatın türbələri, Saat Meydanı, Sahil Parkı, Xan sarayı, Hüseyn Cavid məqbərəsi kimi tarixi məkanlarda olub, onların rəsmini asfalt üzərində təsvir ediblər.
Tədbirin sonunda müsabiqə iştirakçılarına hədiyyələr verilib, sosial könüllülər təltif olunublar.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?