Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təliminin keçirilməsi barədə yayılan xəbərlər Ermənistanda təşviş yaradıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, işğalçı Ermənistanın razm.info, 168.am, tert.am, 1in.am, lragir.am, aravot.am, yerevan.today və hayeli.am saytlarında “Azərbaycan Naxçıvanda təlimlər keçirəcək” sərlövhəli məqalələrdə bu təşviş aydın şəkildə hiss olunur.
Məqalələrdə vurğulanır ki, Naxçıvan Qarnizonu Qoşunlarında müasir silah və texnikaların iştirakı ilə silsilə təlimlər keçirilir. Budəfəki komanda-qərargah təliminə xüsusi qoşun növlərinin birləşmələri də cəlb ediləcək. Bu, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığının daha da artırılmasına və sarsıdıcı zərbə gücünün formalaşmasına xidmət edir.
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib