ABŞ-da Hindistan üçün 21 ədəd MH-60R helikopteri istehsal ediləcək
ABŞ-ın "Lockheed Martin" müdafiə korporasiyası Müdafiə Nazirliyindən Hindistan Silahlı Qüvvələri üçün 21 ədəd "MH-60R Seahawk" helikopteririnin istehsalı və çatdırılması üzrə müqavilə alıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Daha əvvəl bağlanmış müqaviləyə əlavə olaraq "Lockheed Martin" şirkəti ilə 904,8 milyon dollarlıq razılaşma imzalanıb".
Bildirilir ki, razılaşmaya əsasən 3 ədəd helikopter ABŞ Hərbi Dəniz Qüvvələri üçün, 21 ədəd helikopter isə Hindistan Silahlı Qüvvələri üçün istehsal ediləcək.
Qeyd edilir ki, əlavə razılaşma çərçivəsində işlər 2024-cü ilin sentyabr ayı üçün bitəcək. ABŞ Hərbi Dəniz Qüvvələri üçün helikopterlərin alınmasına 113,1 milyon dollar, Hindistan üçün isə 791,7 milyon dollar ayrılacaq. Beləliklə, Nyu-Deli üçün bir ədəd MH-60R helikopteri 37,7 milyon dollara başa gələcək.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb