Məşhur Hollivud aktyoru Tom Kruz yeni macəra filmində çəkiləcək. Filmin bir hissəsi Beynəlxalq Kosmik Stansiyada reallaşacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) direktoru Ceyms Braydenstayn deyib.
“NASA Tom Kruzu stansiyanın göyərtəsində görmək və onunla film üzərində işləməkdən çox məmnundur. Biz NASA-nın iddialı layihələrini həyata keçirən yeni nəsil mühəndis və alimləri ruhlandırmaq üçün bütün media vasitələrindən istifadə etməliyik”,-deyə C. Braydenstayn bildirib.
Qeyd edək ki, “Deadline” portalı bundan əvvəl T.Kruzun yeni çəkildiyi filminin kosmik fəzada baş verəcəyini bildirmişdi.
Məlumatda qeyd olunurdu ki, ekran əsərinin ərsəyə gəlməsində amerikalı milyonçu İlon Maska məxsus olan “SpaceX” şirkəti iştirak edəcək. Ancaq filmin çəkilişlərinin başa çatma tarixi, onun yaranmasında hansı şirkətlərin iştirakı və hətta ekran əsərinin adı hələlik məlum deyil.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?