Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov keçirdiyi videomüşavirədə hərbiyə çağırışla bağlı yeni tapşırıqlar verib.
SHXÇDX-dən Trend-ə bildirilib ki, videomüşavirədə müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəisləri iştirak ediblər.
Xidmət rəisi Arzu Rəhimov koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilməsi və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin aprel çağırışının müddətinin may ayının 31-dək uzadılması ilə əlaqədar həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
A.Rəhimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması prosesinin şəffaf və mütəşəkkil qaydada həyata keçirilməsi, çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb