17 aprel 2020 11:13
3246

Vera Brejneva yarıçılpaq məsləhət verdi - FOTO

38 yaşlı rusiyalı müğənni Vera Brejneva yarıçılpaq fotosunu yayımlayıb.

"İki sahil” xəbər verir ki, ifaçı vanna otağında alt paltarsız  fotolar çəkdirib. O, fotolarını “İnstagram” səhifəsində izləyicilərinin ixtiyarına buraxıb. V. Brejneva onlara ideal bədən quruluşunu qorumağın yollarını da izah edib.

“Düzgün qidalanmağa çalışsam da, mən də insanam. Bəzən qidalanmada səhvlərə yol verirəm. Bu zaman orqanizmimi təmizləmək üçün, ac qalıram.  Mən vegetarian deyiləm. Ancaq qırmızı ət yemirəm. Yalnız quş əti, balıq, yumurta ilə qidalanıram”,- deyə o, vurğulayıb.