14 aprel 2020 12:22
2010

Kate Beckinsale 24 yaş kiçik sevgilisi ilə birlikdə - FOTO

Son illərdə gənc sevgililəri ilə diqqət çəkən İngilis aktrisa Kate Beckinsale bu dəfə özündən 24 yaş kiçik yeni sevgisi Goody Grace ilə də obyektivlərə tuş gəlib.

"İki sahil" xəbər verir ki, keçən il 26 yaşlı komediyaçı Pete Davidsonla birlikdə eşq yaşayan 46 yaşlı Kate Beckinsale indi gənc musiqiçidə sevgi tapdı.

Məşhur aktrisa səhər gəzintisində 22 yaşlı musiqiçi Goody Grace ilə əl-ələ görünüb. İngilis aktrisanın martın əvvəlində  Goody ilə itlərini gəzərkən görünmüşdü və ikisi arasında sevgi dedi-qoduları yayılmışdı.

Qeyd edək ki, Goody Gracein Beckinsalenin qızından cəmi bir yaş böyük olduğu məlum olub. Dünyaca məşhur aktrisa özündən daha gənc olan gənclərlə münasibətlərindən bir az şöhrət qazanıb.