10 aprel 2020 15:10
2919

Hadisə yenə şikayətçi oldu - FOTO

Müğənni Hadisə "Mənə cinsi məzmunlu elektron poçtlar göndərir. Məni izlədi, hara getdiyimi və geyindiyim paltarları bilir.”dediyi şəxsdən şikayət edib. Evinə məktub göndərən bu adamdan qorxduğunu söyləyən Hadisə Açıkgöz eyni hadisəni yenidən yaşadı. Hadisəyə təcavüzkar mesajlar göndərən şəxsdən növbəti dəfə prokurorluğa müraciət edib.

“İki sahil” xəbər verir ki, əvvəllər də fanatın bu hərəkətləri etdiyini bildirən Hadisə Açıkgöz ikinci dəfə prokurorluğa müraciət edib. Hadisə son aylarda ona təcavüz mesajları göndərən Ümit S. haqqında prokurorluqda cinayət işinin açılmasını istəyib.

Prokurorluq da Ümit S.-in məşhur müğənnini e-poçt və poçt vasitəsilə təcavüz etməsi və əmin-amanlığını pozduğunu əsas gətirərək 6 il 6 aya qədər həbs cəzası istəyib.

H.Açıkgözün şikayətindən sonra prokurorluq tərəfindən istintaq başlayıb.