Türkiyəli komediyaçı Cem Yılmazın onu tərk edərək aktrisa Serenay Sarıkaya ilə sürpriz bir sevgili olması ilə uzun müddət sosial media gündəmindən düşməyən Defne Samyeli “İnstagram”da paylaşımı ilə gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, məşhurlar indi obyektiv qarşısına makiyajsız da çıxırlar. “Sıfır makiyaj” dəbinə uyğun olaraq son paylaşımı Defne Samyeli edib.
Koronavirus tədbirləri səbəbindən evdən çıxmayan 48 yaşlı aparıcı və müğənni sıfır makiyaj fotosunu “İnstagram”da izləyiciləri ilə bölüşüb. D.Samyeli, sıfır makiyaj fotosuna "Ətalət və yuxulu günlər " qeydini paylaşımına əlavə edib.
Müğənninin paylaşımı 10 mindən çox bəyənmə alsa da izləyicilərindən təriflər alınıb.
Qeyd edək ki, məşhur müğənni bu yaxınlarda anası Sendegül Samyelinin yeni yaşını qeyd etmişdi. Qardaşı Sühan Samyeli, qızları Deren Talu və Derin Talu ilə tort kəsən D.Samyeli o anları sosial media hesabından yayımlamışdı.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?