Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb