Müğənni Sevda Yahyayeva "Sevgi nəyə deyirsən sən" adlı mahnıya çəkilən yeni klipini təqdim edib.
Publika.az xəbər verir ki, ifaçı klipinin bu gün keçirilən mətbuat konfransında bildirib ki, mahnının sözləri və musiqisi Ədalət Şükürova aiddir. Ekran işini rejissor Nail Naiboğlu çəkib.
Klipdə kənd qızını canlandıran S. Yahyayeva ilk dəfə belə obrazda çəkildiyini qeyd edib. Çəkilişlərin Xızıda aparıldığını bildirən müğənni geyimlərini özü seçdiyini vurğulayıb.
Nail Naiboğlu bildirib ki, klip ən bahalı kamera ilə ölkənin ən bahalı rejissoruna çəkilib.
Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb
Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub