Pakistan İslam Respublikasının Əsğər Xan Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alan Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının buraxılış mərasimi keçirilib.
"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Pakistan İslam Respublikasındakı Hərbi Attaşe Aparatı nümayəndələri, akademiyanın komandanı aviasiya vitse-marşalı Həmid Rəşid Randhava və Uçuş Təlimatçıları Məktəbinin rəsmiləri iştirak ediblər.
Mərasimdə çıxış edən aviasiya vitse-marşalı H.Randhava məzunları təbrik edərək ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.
Ölkəmizin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov pilot hazırlığı proqramı çərçivəsində Azərbaycan zabitlərinə göstərilən köməkliyə görə qarşı tərəfə Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb