Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində və adsız yüksəkliklərdə, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb