London Moda Həftəsi bir-birinin ardınca keçirilən moda nümayişləri ilə davam edir. Bunların arasında gündəm olanlardan biri də “Burberry”nin yeni kolleksiyasının təqdim olunduğu moda nümayişi idi.
“İki sahil” xəbər verir ki, İrina Şeyk, Gigi Hadid və Bella Hadid də daxil olmaqla modellər şirkətin məhsullarını təqdim etdilər.
Şirkət üçün Rikardo Tiskinin imza atdığı kolleksiya izdihamlı izləyicilər tərəfindən izlənildi. Moda nümayişinin xoreoqrafiyasına uyğun olaraq səhnədə modellər gülümsəmədən üzərindəki paltarları təqdim etdilər.
Moda nümayişindən sonra keçirilən əyləncə tədbirində hər kəs əyləndi. 34 yaşlı model İrina Şeyk həmin vaxt çəkilən cəlbedici videosunu “İnstagram” səhifəsindən paylaşıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?