“Forbes” jurnalı 2019-cu ildə ən çox qazanan Hollivud ulduzlarının adını açıqlayıb.
"İki sahil" xəbər verir ki, siyahıya ötən ildə olduğu kimi, 89,4 milyon dollarla (təxminən 151 milyon 980 min manat) amerikalı aktyor Dueyn Conson liderlik edir.
İkinci yerdə isə 56 milyon dollarla (təxminən 95 milyon 200 min manat) aktrisa Skarlet Yohanson qərarlaşıb.
Üçüncü yeri 76,4 milyon dollarla (təxminən 129 milyon 880 min manat) aktyor Kris Hemsvort, 4-cü yeri isə 34 milyon dollarla (təxminən 57 milyon 800 min manat) aktrisa Nikol Kidman tutub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?