Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tanışlıq səfəri təşkil olunub.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 13 dövlətin hərbi attaşelik aparatının 16 nümayəndəsinə əvvəlcə hərbi liseyin tarixi və fəaliyyəti barədə ümumi brifinq təqdim edilib. Sonra qonaqlar liseydəki tədris prosesi ilə tanış olub.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib