03 fevral 2020 10:54
5647

Nəsrin Cavadzadə: Ər dediyin meymundan fərqlənməməlidir! - FOTO

“Aşk tesadüfleri sever 2” filmində rol alan Nəsrin Cavadzadə səmimi açıqlamalar verib.

“İki sahil” xəbər verir ki, Türkiyə mediasına müsahibə verən N.Cavadzadə əvvəllər “Çirkin kişi sevərəm” sözlərinə aydınlıq gətirib.

Son dönəmlərdə sosial mediada yayımlanan yazıları və cazibədar münasibəti ilə diqqəti cəlb edən Nəsrin Cavadzadə açıqlamaları ilə tez-tez gündəmə gəlir.

Daha əvvəl verdiyi bir müsahibədə "Mən çirkin kişi sevərəm" deyən Cavadzadə bu sözlərə aydınlıq gətirdi. Gözəl aktrisa deyib: “Filmdəki tərəfdaşımla aramızda münasibətin olduğu xəbəri yayılmışdı. Filmin təqdimatında bunu soruşacaqlarını bildiyim üçün nənəmin hekayəsini danışdım. Anamın atası çox yaraşıqlı bir adam idi və qadınlar onu çox narahat edirdilər. Nənəm həmişə məsləhət verərdi ki, meymundan yaraşıqlı kişiyə aşiq olma. Bunu anlatdım, sonra böyük bir problemə düşdüm. Sosial mediada olan kişilər "Şansımız varmı?"  deyə minlərlə fotolar göndərdilər.”