01 fevral 2020 19:49
1457

“Artım” da Fransa istehsalı olan film göstərilib

“Artım” layihə məkanında davam edən “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində “La Jetée” (Uçuş zolağı) filmi nümayiş olunub.

Xronometrajı 28 dəqiqə olan ekran əsəri “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində izlənilib.

Azərbaycan və ingilis dilində subtitrlərlə göstərilən film məşhur sənədli film rejissoru və film-esse janrının təsisçisi fransız rejissor Kris Marker tərəfindən 1962-ci ildə çəkilib. //AZƏRTAC