2009-cu ildə "Miss Turkey", eləcə də kainat gözəli yarışında 2-ci olan Hera Kübra Aslan 2 ildir birlikdə çalışdığı Ozan Doğulu ilə eşq yaşayır.
"İki sahil" xəbər verir ki, youtube-da yayımlanan bir verilişdə qonaq olan Hera illər öncə aldığı əxlaqsız bir təklif haqqında danışıb.
Verilişdə səmimi açıqlamalar verən Kübra aparıcılıq etdiyi vaxtlarda yaşadığı zorakılıq hadisəsini etiraf edib: "Aparıcısı olduğum kanallardan birinin baş direktorunun dostu mənə heyran imiş. Gül göndərdi qəbul etmədim, yeməyə dəvət etdi, getmədim. Sonda həmin kanaldan ayrılmaq məcburiyyətində qaldım".
Özündən 15 yaş böyük olan Ozan Doğulu ilə birlikdə olan Hera Kübra Aslan evlilik suallarına "Evliliyə qarşı deyiləm, amma indi istəmirəm. İstəsəm də Ozanın qarşı çıxacağını düşünmürəm. Biz sevgimizi ən yüksək səviyyədə yaşayırıq. Bir-birimizin əli-ayağı olmuşuq. Flört etmək daha yaxşıdır. Həm biz Ozanla demək olar ki, evli kimiyik" cavabını verib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?